Rusiyada keçirilən son sosioloji sorğuya görə, prezident Vladimir Putinin reytinqi aşağı düşüb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əhali arasında Putinin siyasətini dəstəkləməyənlərin faizi 19-a yüksəlib.
«Lavada» Mərkəzinin bundan əvvəlki sorğusunda bu rəqəm 12 idi. Kreml rəhbərinin reytinqində enmə ötən ilin oktyabrından başlayıb.
Baş nazir Dmitri Medvedevi də dəstəkləyənlərin sayı azalıb. Bundan əvvəlki sorguda onu ölkə vətəndaşlarının 64 faizi dəstəkləmişdisə, indi bu rəqəm 58-ə enib.