XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 11:07

İki gəmi toqquşub, 10 nəfər itkin düşüb


 

 Sarı dənizdə iki gəmi toqquşub. Gəmilərdən biri batıb, 10 nəfər itkin düşüb.

 

Strateq report.az-a istinadən xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

 

Məlumata görə, "Sinji-6" yük gəmisi ilə "Lutszyaoyuy-60968" balıqçı gəmisi Çinin Çaolyan adası yaxınlığında toqquşub. Hadisə baş verən zaman həmin ərazini qatı duman bürüdüyündən, görüntünün zəif olduğu bildirilib.

 

Toqquşma nəticəsində balıqçı gəmisi batıb, heyəti isə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil.

 

Hər iki gəmi Çin şirkətlərinə məxsus olub.