XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2019 - 15:03

Fransada “sarı jiletlər”in etiraz aksiyasının 18-ci aktı başlayıb- FOTO

Fransada “sarı jiletlər”in etiraz aksiyasının 18-ci aktı başlayıb.

Azərtac xəbər verir ki, 18-ci aktla yanaşı, Parisdə iqlimlə bağlı “Əsrin yürüşü” və polis zorakılığına qarşı “Həmrəylik yürüşü” etiraz aksiyası da keçirilir. “18-ci akt – Ultimatum – Bütün Fransa Parisə” adlı internet səhifələri yaradılaraq, aksiyaçıların əyalətlərdən Parisə gəlmələri üçün müəyyən yardım tədbirləri təklif edilir.

“Sarı jiletlər”in fəallarından olan Erik Drue sosial şəbəkədə çağırış edərək aksiyaçıları Parisdə səfərbər olmağa səsləyib. Aksiyaçılar Zəfər Tağı qarşısındakı Yelisey çölləri prospektində toplaşırlar.