BMT-nin baş katibi Antonio Quterreş İdlibdə son həftələr ərzində döyüşlərin şiddətlənməsindən narahatlığını ifadə edib.
Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, baş katib məsələ ilə bağlı yazılı açıqlamasında bütün tərəfləri atəşkəsi davam etdirməyə çağırıb. A.Quterreş son zamanlar şiddətlənən döyüşlərin Suriyanın şimal-qərb və şimal-şərqində minlərlə mülki vətəndaşın həyatını təhlükəyə atdığını qeyd edib.
Suriyada 11,7 milyon insanın yardıma ehtiyacı olduğunu diqqətə çatdıran baş katib bildirib ki, bütün müharibə vəziyyətlərində beynəlxalq humanitar hüquqa əməl edilməlidir.