XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2019 - 21:17

İstanbulda Şimal Marmara şosesinin açılışı olub

İstanbulun Çatalca bölgəsində Şimal Marmara şosesinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, yolun istifadəyə verilməsi ilə Çatalcadan İstanbul hava limanına 26 kilometrlik yolu 13 dəqiqəyə qət etmək mümkün olacaq. İstanbulun Asiya və Avropa tərəfinin mərkəzi hissəsini birləşdirəcək şosenin nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsində böyük rol oynayacağı bildirilir.

Çəkilişi təxminən 180 milyon dollara başa gələn Şimal Marmara şosesinin ümumi uzunluğu 398 kilometrdir.

Açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib.