XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2019 - 21:44

“Real Madrid” Zidanın rəhbərliyi altında ilk qələbəsini qazanıb- Oyun 2:0 hesablı ilə başa çatıb

Martın 16-da İspaniya La Liqasının 28-ci turunun növbəti oyunu keçirilib.

Azərtac xəbər verir ki, Zinəddin Zidanın yenidən baş məşqçi təyin olunduğu Madridin “Real” klubu doğma azarkeşlər önündə “Selta Viqo”nu sınağa çəkib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində İsko (62) və Beyl (77) fərqləniblər.

Bu qələbədən sonra “Real Madrid” turnir cədvəlindəki mövqeyini qoruyub.