XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2019 - 09:22

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi dünya ölkələrinə minnətdarlığını bildirib –Siyahıda Ermənistanın adı yoxdur

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi martın 15-də Kraystçörç şəhərində törədilən terror aktı ilə əlaqədar başsağlığı verərək dəstəyini nümayiş etdirən dünya ölkələrinə minnətdarlığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin veb-saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Yeni Zelandiya martın 15-də Kraystçörç şəhərində törədilən terror aktlarından sarsılıb və kədərlənib. Biz dünyanın müxtəlif yerlərindən aldığımız çoxsaylı başsağlığı, həmrəylik və dəstək mesajlarını yüksək qiymətləndiririk.

Yeni Zelandiyanı xarici ölkələrdə təmsil edən diplomatik nümayəndəliklərinə daxil olan başsağlığı mesajlarını və həmrəyliyi qeyd edən Xarici İşlər Nazirliyi həmin ölkələrin və beynəlxalq təşkilatların adını da qeyd edib.

Ümumilikdə 93 dövlətin və beynəlxalq təşkilatın adının yer aldığı siyahıda Azərbaycan altıncı sırada yer alıb. Maraqlıdır ki, həmin siyahıda Ermənistanın adı yoxdur. Bu isə kimin terroru dəstəklədiyini, kimin isə onunla mübarizə apardığını bir daha təsdiq edir.