XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2019 - 15:58

Venesuela və Rusiyanın neft nazirləri görüşəcək –Bakıda

Venesuelanın neft sənayesi naziri Manuel Kevedo Bakıda Rusiyanın energetika naziri Aleksandr Novakla görüşəcəyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş Bakıda OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclası çərçivəsində keçiriləcək. “Bəli, biz onunla da (Novakla. — red) görüşəcəyik. İndi mən [OPEC-in] baş katibi [Məhəmməd] Barkindonun görüşünə gedirəm”, – deyə Kevedo bildirib. Daha əvvəl Venesuela neft nazirinin Bakıda keçiriləcək OPEK+ sammitində iştirak edəcəyi xəbər verilmişdi.