XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2019 - 20:54

Fransa xarici işlər naziri Trampa sərt reaksiya verib:"Ölkəmizin həyatına müdaxilə etməyin”

Fransa xarici işlər naziri Jan-İv Le Drian ABŞ prezidenti Donald Trampa sərt reaksiya verib.

ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, Jan-İv Le Drian bildirib ki, Fransa ABŞ-ın daxili işlərinə qarışmır.

Fransa xarici işlər naziri deyib ki, bunu D. Trampa da bildiriblər: “Mən də, Fransa prezident idə Donald Tramda deyirik ki, biz ABŞ-dakı debatlara müdaxilə etmirik, siz də ölkəmizin həyatına müdaxilə etməyin”. Qeyd edək ki, D. Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində Fransanın iqlim siyasətini tənqid edib, “sarı gödəkçəlilər” aksiyasını bununla əlaqələndirib. ABŞ prezidenti yazıb ki, iqlim üzrə Pars Anlaşması Fransa üçün yaxşı nəticələnməyib, 18 həftədir ki, “sarı gödəkçəlilər”in aksiyaları davam edir. Bununla bərabər, D. Tramp özünün iqlim siyasətini tərifləyib, ABŞ-ın ekoloji göstəricilərə görə zirvədə olduğunu iddia edib.

Xatırladaq ki, ABŞ 2017-ci ildə Paris Anlaşmasından çıxıb.