XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

18 Mart 2019 - 20:43

Mərkəzi Asiyada ən iri məscid Qazaxıstanda tikiləcək- Nazarbayev bu gün təməlini qoydu

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev martın 18-də Astanada Mərkəzi Asiyanın ən iri məscidinin təməlini qoyub.

Azərtac xəbər verir ki, Prezident məscidin sponsorlar hesabına tikiləcəyini və eyni vaxtda 30 min ziyarətçini qəbul edəcəyini bildirib.

“Biz araşdırdıq, mövcud və əvvəllər inşa edilmiş bütün məscidlərə baxdıq, ən yaxşı layihələri seçdik. Mən özüm layihənin icrasını əvvəldən axıradək izləyəcəyəm. Bu, yalnız dini obyekt deyil, həmçinin Astanada turizm məkanlarından biri olacaq. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində olarkən Şeyx Zayedin məscidini gördüm. Üç-dörd il əvvəl açılmasına baxmayaraq, onu hər il altı milyon turist ziyarət edir”, – deyə N.Nazarbayev qeyd edib.

Ümumi sahəsi 57 min kvadratmetr, minarələrinin hündürlüyü isə 130 metr təşkil edəcək məscidin ərazisində 3500 avtomobil üçün açıq və qapalı dayanacaq olacaq.