XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2019 - 12:44

Hindistanın donanmasını gücləndirməsi kimə ismarıcdır:Pakistana, yoxsa Çinə?

“Çin Hindistanı cilovlamaqda Pakistandan alət kimi istifadə edir. Buna görə də, aviadaşıyıcının, döyüş gəmilərinin, atom sualtı qayıqların Ərəbistan dənizində üzməsi Pekinə göndərilmiş açıq ismarıcdır”. 

Bu fikirləri Hindistanın Pakistandakı keçmiş səfiri Qopalasvami Parzasarathi səsləndirib.

Onun sözlərinə görə, Kəşmir regionu ətrafındakı gərginliyin qızışmasına baxmayaraq, Hindistan müdafiə hazırlığını Pakistanın edib-etmədiklərinə əsasən müəyyənləşdirmir və daha çox Çin fəaliyyətlərindən narahatdır. Sabiq səfir bildirir ki, Hindistan donanmasının yeni gəmiləri suya buraxması, onun Çinə göndərə biləcəyi ən səfeh ismarıc olsa da, xoşbəxtlikdən hazırkı şərtlər daxilində müharibə çox uzaqdadır.

Xatırladaq ki, dünən Hindistan donanması “INS Vikramaditya” aviadaşıyıcısı və bir neçə atom sualtı qayığı da daxil olmaqla çox sayda döyüş gəmisini Pakistanın su sərhədlərinə yaxın yerdə yerləşdirib.  (Ordu.az)