XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2016 - 15:29

Ramzan Kadırov vəzifəsindən gedir

Ramzan Kadırov

 

Çeçenistan prezidenti Ramzan Kadırov tutduğu vəzifədə onun zamanının başa çatdığını və dövlətin başqa adam tapmalı olacağını bildirib.

 

Bu gün, fevralın 27-də, Rusiyanın NTV telekanalının “Mərkəzi televiziya” verilişinə müsahibəsində Kadırov qeyd edib ki, onun “vaxtı çatıb”.

 

“Düzünü desəm, mən işimi görürəm və məndə bu günə kimi alınırdı. Amma mənim adımdan xalqıma qarşı istifadə etməkdən söhbət gedirsə, hesab edirəm ki, dövlət başqa adam tapmalıdır. Mən deyirəm – vaxtım bitib. Bizim komandada varislər çoxdur, yaxşı mütəxəssislər var”, – Kadırov belə deyib.