XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2019 - 20:31

Avstraliyada dini məkanlarda təhlükəsizlik tədbirləri gücləndirilib- Yeni Zelandiyakı teraktdan sonra

Avstraliyada, Yeni Zelandiyada kütləvi qırğın törətməkdə şübhəli bilinən şəxsin vətənində müxtəlif dini icmalar arasında tolerantlıq səviyyəsi ilə əlaqədar təhlükənin artacağı güman edilir.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hökumət daha çox cəmiyyətin təhlükəsizliyi üçün narahatlıq keçirir. Baş nazir Skott Morrison bəyan edib ki, dini yerlərin və dini məktəblərin mühafizəsi üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Onun bildirdiyinə görə, hökumət təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 39 milyon dollar vəsait ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait videonəzarət kameralarının, siqnalizasiyanın və hasarların quraşdırılması üçün istifadə ediləcək. Baş nazir qeyd edib ki, dini azadlıq, ilk növbədə, ibadət hüququnun təminatından başlanır.

Bildirilir ki, təhlükəsizliklə əlaqədar əlavə tədbirlər avstraliyalı senatorun sözlərinin fonunda artan narahatlığa görə müəyyənləşdirilib. Belə ki, senator Freyzer Enninq Yeni Zelandiyada baş verən terror aktını şərh edərkən bunda “müsəlman fanatlarına ölkəyə gəlməyə şərait yaradan immiqrasiya proqramını” ittiham etmişdi.