XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2019 - 10:35

Ankara və İzmirdə antiterror əməliyyatı:çox sayda PKK mənsubu həbs olunub

Türkiyənin Ankara və İzmir vilayətlərində PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Azərtac xəbər verir ki, əməliyyat nəticəsində Ankarada PKK üzvü olduqları ehtimal edilən 9 nəfər, İzmirdə isə 10 nəfər saxlanılıb. Onlardan terrorçuluqda istifadə olunan ləvazimatlar götürülüb. Bildirilir ki, həbs edilən qruplar Novruz şənliklərində təxribat törətməyə hazırlaşırmışlar.

Bundan başqa, Elazığda PKK mənsublarına məxsus qayıq aşkarlanıb. Terrorçuların qayıqla PKK üçün mütəmadi olaraq ləvazimatlar daşıdıqları müəyyən edilib.