XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2019 - 11:14

Birləşmiş Ərəb Əmirliklərində daha bir ilk:qadınlar federal səviyyədə hakim təyin edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahyan ölkə tarixində ilk dəfə olaraq iki qadını federal məhkəmə sistemində hakim vəzifəsinə təyin edib.

Azərtac WAM dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin qərarına əsasən, Xədicə Xamis Xəlifə Əl Malas və Salama Rəşid Salem Əl Ketbi federal səviyyədə hakim vəzifəsinə təyin olunub.

Bu təyinatlar hökumətin qadınların ölkənin inkişafındakı rolunun dəstəklənməsi ilə bağlı mövqeyini əks etdirir və onların məhkəmə sistemində daha geniş təmsil olunmasına yönəlib.