XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2019 - 13:13

Türkiyədə zəlzələ olub- 5,6 bal gücündə

Bu gün yerli vaxtda səhər saat 09.34 radələrində Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, zəlzələnin ocağı Dənizli rayonunun Acıpayam qəsəbəsində, 27 km dərinlikdə yerləşib.

Daha sonra 4,5 və 4,8 maqntitudalı sarsıntılar qeyd alınıb. Zəlzələ Türkiyənin Egey və Mərmərə dənizləri sahillərindəki yaşayış məntəqələrində hiss edilib.

Zəlzələ nəticəsində binalarda çatlar yarandığı, tələfat olmadığı açıqlanıb.