XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

20 Mart 2019 - 14:45

Dariqa Nazarbayeva:“Bu keçid dövründə parlamentin ölkəmizin siyasi və ictimai həyatında rolunu dərindən dərk edirəm”

“Mən xüsusən Qazaxıstanın bu keçid dövründə parlamentin ölkəmizin siyasi və ictimai həyatında rolunu dərindən dərk edirəm”.

ONA-nın “Sputnik Kazaxstan”-a istinadən verdiyi məlumata görə, bunu bu gün Qazaxıstan parlament Senatının sədri seçilən Dariqa Nazarbayeva parlamentdə çıxışında bildirib.

D.Nazarbayeva deyib ki, Nursaltan Nazarbayev cəmiyyətin modernləşdirilməsi, cəmiyyətin zəif təbəqələrinin sosial müdafiəsi ilə bağlı qarşıya geniş masştablı vəzifələr qoyub: “Ölkənin inkişaf strategiyası ilk növbədə insanların həyat tərzinin yaxşılaşmasına, Qazaxıstan dövlətinin möhkəmlənməsinə və inkişafına istiqamətlənib. Dövlət bütün qazaxıstanlılar üçündür. Mən bütün bilik və bacarığımı qarışya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsinə sərf edəcəm”.

Qeyd edək ki, N.Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir. Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri Senatın sədri Kasım-Jomart Tokayevə keçib. Bu gwn parlament Senatının iclasında Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanın namizədliyini Senatın sədri vəzifəsinə irəli sürüb.

D.Nazarbayeva Nursultan Nazarbayevin qızıdır.