XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2019 - 09:56

Yeni Zelandiyanın baş naziri:"Bu tip tüfənglərə qadağa elan edirik"

Yeni Zelandiyanın baş naziri Casinda Ardern cümə axşamı ölkə ərazisində hücum və yarıavtomatik tüfənglərin dövriyyə və istismarına qadağa tətbiq edib.

Baş nazirin bəyanatını “The New Zealand Herald” nəşri dərc edib.

“Bazar ertəsi, Kraystçerçdə baş verən dəhşətli terror aktından 72 saat sonra Nazirlər Kabineti qanuna yenidən baxmağa razılıq verib. İndi, bu hücumdan 6 gün sonra, biz Yeni Zelandiyada bütün hərbi tipli yarıavtomatik və hücum tüfənglərinə qadağa elan edirik”, – deyə bəyanatda bildirilir. (Report)