XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2019 - 14:36

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi olacaq –Pekində

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi martın 28-29-da Pekində olacaq.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qao Fen mətbuat konfransında məlumat verib.

Bildirilir ki, 8-ci dəfə keçiriləcək danışıqlarda Çin tərəfinə Dövlət Şurası Sədrinin (Baş nazirin) müavini Liu Xı, ABŞ nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer rəhbərlik edəcək.

Tərəflər iki ölkə arasında ticarət mübahisələrinə dair tərəfləri maraqlandıran mövzuları müzakirə edəcəklər.  (Azərtac)