XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2019 - 12:02

“Giorgio Armani” İtaliya millisinin rəsmi geyimini hazırlayıb- FOTO

“Giorgio Armani” şirkəti İtaliya Futbol Federasiyası (FİGC) ilə bazar ertəsi yenilənmiş dördillik müqaviləyə əsasən millinin kişilərdən və qadınlardan ibarət futbol yığmasının rəsmi geyim formasını təqdim edib.

AZƏRTAC İtaliyanın “tg24.sky.it” saytına istinadla xəbər verir ki, rəsmi geyim dəstinə kostyum, köynək, palto və günəşdən qoruyan eynək daxildir.

Xatırladaq ki, İtaliya millisinin 21 yaşadək futbolçulardan ibarət yığmasının rəsmi geyiminin dizaynını verən yerli geyim şirkəti 2012 və 2016-cı illərdə keçirilən Yay Olimpiya Oyunları üçün də İtaliya komandasının formasını hazırlayıb.