XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 March 2019 - 12:22

Vəkil:"Ukrayna Təhlükəsizlik Xidməti Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib"

Ukraynanın Təhlükəsizlik Xidməti Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Saakaşvilinin vəkili Ruslan Çernolutski işin Baş Prokurorluqdan alınaraq UTX-nin əsas istintaq şöbəsinə verildiyini bildirib.

Qeyd edək ki, Ukraynanın Dövlət Sərhəd Xidməti Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin ölkə ərazisinə girişinə 2021-ci ilədək qadağa qoyub.

Xatırladaq ki, Saakaşvili 2018-ci ilin fevralın 12-də Ukrayna ərazisindən çıxarılaraq Polşaya aparılıb. Onun barəsində cinayət işi açılıb.