XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

22 Mart 2019 - 13:10

“Putin də Qazaxıstan variantına əl ata bilər” –Kremldə "Nazarbayev ssenarisi" aktiv müzakirə edilibmiş

Rusiya prezidentinin administrasiyası Vladimir Putinin hakimiyətdə qalma müddətini uzatmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Bunlardan biri Rusiya və Belarusun birləşdirilməsi yolu ilə yeni dövlətin yaradılmasıdır.

FED.az xəbər verir ki, bu barədə Bloomberg Kremlə yaxın 3 müstəqil mənbədən məluat alıb. Yeni dövlətin yaradılması Putinə imkan verəcək ki, konstitusiyada prezident müddətlərinin sayı ilə bağlı məhdudiyyətdən yan keçsin.

Rusiya prezident administrasiyasının keçmiş əməkdaşı, politoloq Andrey Kolyadin Bloomberg-ə bildirib ki, Kremldə hazırda Qazaxıstanda baş verən ssenarini aktiv şəkildə müzakirə edirmişlər. «Amma heç kim əmin deyil ki, Nazarbayevdən fərqli olaraq Putin hakimiyyətin bu üsulla köçürülməsini həyata keçirə bilsin. Putin üçün siyasi və şəxsi risklər çox yüksəkdir».

Bununla yanaşı, Kolyadinin sözlərinə görə, Nazarbayev ssenarisi Rusiyanın siyasi elitasını qane edə bilər: «Bu variantda, Putin hətta hakimiyyətdən getsə belə, lazım olarsa, vəziyyətə müdaxilə edə biləcək».