XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 March 2019 - 17:53

İran XİN rəhbəri Türkiyəyə gedir- Rəsmi səfər

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Trend-in məlumatına görə, Yeni Zelandiyada məlum terror aktından sonra iranlı nazir hazırda İƏT-ə rəhbərlik edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təşkilatın növbəti toplantısının keçirilməsi ilə bağlı çağırış edib.

Martın 22-si Türkiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirlər səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.