XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 March 2019 - 21:55

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma:2 nəfər ölüb, onlarla yaralı var

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı 2 nəfər ölüb, onlarla insan yaralanıb.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Qəzza zolağında cümə namazından sonra yüzlərlə insan “Qayıdış yürüşü”-nə çıxaraq İsrail ilə sərhədə doğru hərəkət edib.

İsrail hərbçiləri sərhəd zolağını keçən ərəblərə atəş açıb.

Nəticədə 2 fələstinli ölüb, 30-a yaxın insan yaralanıb və gözyaşardıcı qazdan zəhərlənib.