XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 March 2019 - 21:33

İran və Türkiyə xarici işlər nazirləri görüşüb –İstanbulda

İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak məqsədilə İstanbula səfər etmiş Məhəmməd Cavad Zərif iclasın başlanmasından öncə Mövlud Çavuşoğlu ilə görüşüb.

Strateq.az İRİB-ə istinadən bildirir ki, İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar iclası əllidən çox müsəlmanın  ölümü ilə nəticələnmiş Yeni Zelandiyada iki məscidə qarşı terror hadisəsinin müxtəlif yönlərini araşdırmaq məqsədilə bu gün İstanbulda başlanıb.

Yeni Zelandiyada müsəlmanların vəhşicəsinə qırğın edilmələrinin ardınca Məhəmməd Cavad Zərif martın on beşində Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi quraraq, Türkiyənin dövri sədri olduğu İslam Əməkdaşlığı Təşkilatının bu barədə növbədənkənar iclasının keçirilməsini təklif edib.