Atəşkəs rejiminin qüvvəyə minməsinə saatlar qala Suriyada yenidən terakt olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Salamiyə şəhəri yaxınlığında «canlı bomba» özünü partladıb.
Partlayış zamanı 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Hələlik heç bir qruplaşma terakta görə məsuliyyəti üzərinə götürməyib.