XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2019 - 11:27

Dubayda Bürc Xəlifənin üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb- FOTO

Dubayda dünyanın ən hündür göydələni olan Bürc Xəlifənin üzərinə Yeni Zelandiya Baş naziri Casinda Ardernin terror aktı nəticəsində həlak olan müsəlmanların ailə üzvünü qucaqlayan yerdə şəkli yerləşdirilib.

Azərtac xəbər verir ki, BƏƏ, Kraystçyorç şəhərindəki iki məsciddə törədilən terror aktlarından sonra müsəlmanlara göstərdiyi dəstəyə görə Yeni Zelandiyaya bu şəkildə minnətdarlıq ifadə edib.

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum “Twitter” səhifəsində Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə və Yeni Zelandiyaya bütün dünya müsəlmanlarını sarsıdan terror aktından sonra 1,5 milyard müsəlmanın hörmətini qazanan səmimi mərhəmət və dəstəyə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyadakı iki məsciddə törədilən terror aktları zamanı 50 nəfər öldürülüb, onlarla insan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.