XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

23 Mart 2019 - 11:33

Yaponiya Çinə etirazını bildirib- Bu səbəbdən

Yaponiya hökuməti Şərqi Çin dənizindəki mübahisəli rayonda qazma işlərinə görə Çinə etirazını bildirib.

Azərtac xəbər verir ki, martın 22-də keçirilən mətbuat konfransında bu barədə məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa həmin ərazidə iki ölkə arasında məxusi iqtisadi zonaların sərhədlərinin hələ dəqiqləşdirilmədiyini də bildirib.

“Biz təsdiq edirik ki, Çin Şərqi Çin dənizindəki yeni rayonda göyərtəsində qazma qurğusu olan gəmi vasitəsilə təbii ehtiyatların birtərəfli hasilatına başlayıb. Çinin birtərəfli fəaliyyəti dərin kədər hissi doğurur. Bununla əlaqədar biz etirazımızı bildirmişik”, – deyə baş katib bildirib.

Yaponiya tərəfinin qənaətinə görə, Çin gəmisi bu dəfə həmin rayonda yerləşən 16 stasionar qazma qurğusu vasitəsilə yeni qazma işlərinə başlayıb.

Pekin Yaponiya tərəfindən həmin ərazidə müəyyən edilən iqtisadi zonalar arasındakı sərhəddi qəbul etmir və bildirir ki, həmin xətt xeyli şərqdən, təxminən Yaponiyanın Okinava adasının yaxınlığından keçir. Beynəlxalq hüquqa əsasən həmin mübahisə iki ölkə arasında qarşılıqlı razılaşma yolu ilə həll edilməlidir. Vəziyyəti Tokionun nəzarəti altında olan Senkaku adaları ilə bağlı mübahisə də gərginləşdirir. Həmin adaları özünün qeyri-qanuni işğal edilən əraziləri hesab edən Pekin həmin əraziyə tez-tez patrul gəmiləri göndərir.