XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2019 - 12:15

Astana rəsmi olaraq Nur-Sultan adlandırılıb- Yeni prezident Konstitutsiyaya düzəlişi imzalayıb

Astana şəhərinin adı rəsmi şəkildə dəyişdirilərək Nur-Sultan olub.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Yeni prezident Kasım-Jomart Tokayev Qazaxstan paytaxtının adının dəyişdirilməsi ilə bağlı Konstitutsiyaya düzəlişi imzalayıb.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astananın adının ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması təklif ilə çıxış etmişdi.