XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2019 - 18:00

Çin Prezidenti Fransaya səfər edəcək –Sakinlər etiraz etdi

Çin Prezidenti Si Cinpinin martın 24-26-da Fransaya səfərinə etiraz olaraq aksiya keçirilib.

Bir qrup sakin yerli hakimiyyətin qadağalarına baxmayaraq Nitsa şəhərindəki Qaribaldi meydanına toplaşıb.

Fransa polisi aksiya iştirakçılarını əhatəyə alaraq onlara dağılışmağı məsləhət görüb. Ancaq nümayişçiləri bunu rədd edib. Bundan sonra polis onları meydandan sıxışdırmağa başlayıb. Hadisə nəticəsində 1 qadının ağır xəsarət aldığı və 6 nəfərin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, “sarı jiletlilər” şənbə-bazar günləri üçün ölkənin müxtəlif şəhərlərinə növbəti etiraz aksiyalarını keçirməyi planlaşdırıblar. Aksiyalar zamanı dəniz limanlarının da dayandırılması nəzərdə tutulur.  (Report)