XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

23 Mart 2019 - 19:07

Almaniya XİN:"İŞİD-in məğlubiyyətinə rəğmən, terrorçularla mübarizə hələ bitməyib"

 

Almaniyanın xarici işlər naziri Hayko Maas Suriyanın Əl-Baquz şəhərinin İŞİD terror təşkilatından azad olunmasını alqışlayıb, lakin ekstremistlərlə mübarizənin hələ bitmədiyini deyib.

Bu barədə şənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

“İrəliyə mühüm addım atıldı. Bu uğura baxmayaraq, İŞİD-dən əhəmiyyətli dərəcədə təhlükə gəlməkdə davam edir. Nifrət və terrora qarşı mübarizəni davam etdirmək lazımdır”, – deyə Maas bildirib.

Daha əvvəl Ağ ev Suriyanın tam olaraq İŞİD-dən azad olunduğunu bəyan edib. (Report)