XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

23 Mart 2019 - 20:51

İtaliya Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub

İtaliya rəsmən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub.

Azərtac Çin KİV-lərinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin İtaliyaya səfəri zamanı iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığına dair anlaşma memorandumu imzalanıb. Bununla da İtaliya “Böyük yeddilər” qrupundan Çinin bu meqalayihəsinə qoşulan ilk ölkə olub.

Qeyd edək ki, bir neçə gün əvvəl İtaliyanın Baş naziri Cüzeppe Konte “Bir kəmər, bir yol” təşəbbüsü üzrə İtaliya və Çin arasında imzalanmalı olan anlaşma memorandumuna dair Avropa İttifaqı ilə tam razılığın əldə olunduğunu bildirmişdi. ABŞ və Avropa İttifaqı İtaliyanın bu layihəyə qoşulmasından narahatlıqlarını ifadə etmişdilər.