XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

24 Mart 2019 - 10:33

Terrorçular nazir müavinini qətlə yetiriblər- Somalidə

Somalinin paytaxtı Moqadişoda “Əş-Şabab” radikal qruplaşmasının üzvləri hökümət binalarına hücum ediblər.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, terrorçular şəhərdə iki avtomobilin partladılması və Əmək və Sosial Məsələlər Nazirliyinin binasına hücuma görə cavabdehliyi öz üzərlərinə götürüblər.

Bildirilir ki, hücum zamanı əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla qətlə yetirilib.

Hücumlar nəticəsində çox sayda həlak olanların olduğu bildirilir.