XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Mart 2019 - 10:13

ABŞ dövlət katibi:"Qolan təpələri barədə qərarımız İsrailin müdafiəsi üçündür"

ABŞ dövlət katibi Maykl Pompeo Ağ Evin İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımaq barədə niyyətinin Krımdakı situasiya ilə eyni olmadığını bildirib.

M.Pompeo bu məsələdə ikili standartların olması barədə fikirlərin doğru olmadığını söyləyib. “Prezidentin Qolan barədə qərarı reallığın tanınması və İsrailin müdafiəsi üçündür. Bu ki tamamilə aydındır”,- deyə dövlət katibi “Sky News” kanalına verdiyi müsahibədə deyib.

Ağ Ev administrasiyasından Donald Tramın gələcək həftə müvafiq sənədi imzalayacağı xəbərləri gəlir. Qeyd edək ki, 1944-cü ildən Suriyaya məxsus olan Qolan təpələri 1967-ci ildə “Altıgünlük müharibə”dən sonra İsrail tərəfindən işğal edilib. 1981-ci ildə Knesset (parlament) birtərəfli qaydada burada İsrailin suverenliyini elan edib.

Bu işğal aktı BMT Təhlükəsizlik Şirası tərəfindən tanınmayıb.