XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2019 - 10:42

Maduro müxalifət liderini ittiham etdi- Ona qarşı sui-qəsd hazırlamaqda

Venesuelanın hüquq-mühafizə orqanları müxalifət lideri Xuan Quaydo tərəfindən prezident Nikolas Maduroya qarşı hazırlanmış sui-qəsd planını ifşa edib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə ölkə rəhbəri Nikolas Maduro çıxış edib.

“Şimali Amerika imperializmi məni öldürmək istəyir. Biz şeytanın əlaltısının (Xuan Quaydo nəzərdə tutulur-red.) hazırlamış olduğu planı məhv etdik”, – deyə Maduro bildirib.

O əlavə edib ki, tezliklə “ yeni terrorçuların növbəti həbsləri” başlayacaq.