XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2016 - 21:19

İranda Üləmalar Məclisinə seçkilərdəHəsən Ruhani liderlik edir

Hesen-Ruhani-3

 

İranın indiki prezidenti Həsən Ruhani və sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncani  Üləmalar Məclisinə keçirlmiş seçkilərdə liderlik  edirlər.

 

Bu barədə İRNA agentliyi səsvermənin ilkin nəticələrinə əsasən məlumat yayıb: “İlkin nəticələr göstərir ki, hazırkı prezident Ruhani və onun siyasi müttəfiqi Rəfsəncani Üləmalar Məclisində təmsil olunmaq uğrunda yarışda liderlik edirlər”.

 

Xatırladaq ki, fevralın 26-da İranda parlament seçkiləri ilə yanaşı ölkənin ali dini liderini seçmək hüququ olan Üləmalar Məclisinin 5-ci tərkibinə də seçkilər keçirilib.  Üləmalar Məclisinin 88 üzvü var.  Üləmalar Məclisinə seçilmək üçün 150 namizəd qeydə alınıb.  Ökənin ali dini liderini seçmək hüququ olan bu dövlət orqanına seçkilər 8 ildən bir keçirilir.

 

Parlament və Üləmalar Məclisinə seçkilərdə çox böyük seçici fəallığı qeydə alınıb. Cümə günü seçki məntəqələrinin qarşısında növbələrin yaranmasına görə səsvermə müddəti 3 dəfə uzadılıb. İran Daxili İşlər Nazirliyi bildirib ki, seçicilərin 60 faizdən çoxu səsvermədə iştirak edib. Seçkilərin ikinci turu isə bəzi regionlarda aprel ayında keçiriləcək. İran parlamentinə seçki nəticəsində 290 məclis üzvü 4 illik müddətə seçilməlidir.

 

Üləmalar Məclisinə seçkilərin nəticəsi artıq həftəsonu məlum ola bilər. Parlament seçkilərinin yekunlarını cəmləşdirmək üçün isə daha çox vaxt tələb olunur. Çox güman ki, səsvermənin qalibləri ikinci turdan sonra müəyyənləşəcək.

Strateq.az