XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2019 - 12:02

ABŞ Ədliyyə Nazirliyinə qarşı iddia qaldırılıb- Xüsusi prokuror Robert Müllerlə bağlı

ABŞ Ədliyyə Nazirliyi xüsusi prokuror Robert Müllerin Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi barədə hazırladığı hesabatı ictimaiyyətə açıqlamadığı üçün məhkəməyə verilib.

ONA-nın “The Hill” nəşrinə istinadən verdiyi məlumata görə, məhkəməyə iddia ərizəsi Elektron məxfi informasiyaların emalı üzrə elmi-tədqiqat Mərkəzi tərəfindən təqdim olunub.

Mərkəz hesab edir ki, Ədliyyə Nazirliyi R. Müllerin böyük ictimai maraq kəsb edən hesabatını açıqlamamaqla informasiya azadlığı haqqında qanunu pozur. Mərkəz həm də prezident Donald Trampın istintaqın gedişinə müdaxilə edib-etmədiyi ilə də maraqlanır.

Qeyd edək ki, R. Müller yekun hesabatında D. Trampın yaxın ətrafına qarşı əlavə ittihamlar irəli sürülüb-sürülmədiyinə şərh verməyib.

Xatırladaq ki, cümə günü ABŞ Baş Prokurorluğu xüsusi prokuror R. Müllerin ofisinin 2016-cı ildə Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsinin araşdırılması ilə bağlı istintaqı başa çatdırdığı barədə məlumat yayıb. Bundan sonra xüsusi prokuror Uilyam Barr Konqresdə hesabat verməli, eyni zamanda sənədin məxfi olmayan qismi ictimaiyyət üçün açıqlanmalıdır.