XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

24 Mart 2019 - 12:11

Ədliyyə naziri korrupsiya ittihamına görə istefa verdi –Bolqarıstanda qalmaqal

Bolqarıstanın ədliyyə naziri Tsetska Tsaçeva korrupsiya qalmaqalına görə istefa verdi. O, ucuz qiymətə elit mənzil almasına aydınlıq gətirmək üçün martın 23-ü səhər saatlarında baş nazirin yanına çağırılıb.

Bolqarıstanın “Buyvol” nəşri, “Azadlıq” radiosunun bolqar xidməti və Antikorrupsiya fondu bu ilin martında “Arteks” şirkətinin, hakim “Gerb” partiyasının üzvləri olan 4 yüksək səlahiyyətli şəxsə ucuz qiymətə elit mənzil satması barədə araşdırmanın nəticələrini açıqlayıblar.

Hakim partiya bir il əvvəl qanunvericiliyə, şirkətin ölkə paytaxtı Sofiyada çoxmərtəbəli yaşayış binası tikməsinə imkan verən dəyişiklik qəbul edib.

Amma Tsetska Tsaçeva deyir ki, onun vicdanı təmizdir və belə bir araşdırma aparılmasını onun özü xahiş edib. Onun sözlərinə görə, aolmaması üçün könüllü istefa verib. Müxalifət koalisiyasının seçkiqabağı siyahısının lideri Elena Yonçeva, bu işdə adları hallanan digər siyasətçilərin də istefa vermələrini tələb edir.

Onlar “Gerb” partiyasının sədr müavini Tsvetan Tsvetanov, seputat Bejdi Raşidov və idman nazirinin müavini Vanya Kolevadır. Baş nazir Boyko Borisov bildirib ki, partiya Tsvetanovun ABŞ-dan işçi səfərdən dönməsindən sonra məsələni müzakirə edəcək.

2019-cu ilin mayında Bolqarıstanda Avropa parlamentinə, payızda isə yerli seçkilər keçiriləcək.

(Azadlıq radisou)