XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2019 - 12:56

Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün kredit ayırır- 2,1 milyard dollarlıq

Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi, ölkənin valyuta ehtiyatlarının gücləndirilməsi və ödəmə balansının sabitliyini qorumaq üçün 2,1 milyard dollar həcmində kredit verir.

Azərtac xəbər verir ki, bu haqda Pakistan mətbuatı məlumat yayıb.

Pakistanın Maliyyə Nazirliyi isə öz növbəsində elan edib ki, kreditin verilməsi ilə bağlı bütün prosedur öhdəliklər yerinə yetirilib.

Pakistan bundan əvvəl Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hər birindən təxminən bir milyard dollar həcmində kredit alıb.