XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

24 Mart 2019 - 17:50

Rus təyyarələri məxfi missiya ilə Karakasda –Baş qərargah rəisi silahlılarla Venesuelaya gəlib

Rusiya Müdafiə Nazirliyinin 3 təyyarəsinin Venesuelanın paytaxtı Karakasa endiyi endiyi bildirilir. Təyyarələrdən 2-si İL-62, biri isə dünyada ən iri nəqliyyat təyyarələrindən olan An-124-dür.

Sosial şəbəkələrdə uçuş və eniş zolağından foto və videolar peyda olub. ​Yerli “Noticiera Digital” nəşrinin məlumatına görə, Venesualaya 99 Rusiya hərbçisi və ya Rusiya quru qoşunlarının baş qərargah rəisi general Vasili Tonkoşkurovun başçılığı ilə özəl hərbi şirkətin döyüşçüləri göndərilib. Bu barədə Venesuala hadisələrini işıqlandıran bloggerlər də yazırlar.

Amma bu məlumat hələ ki, başqa mənbələr tərəfindən təsdiqlənməyib.Həmçinin Rusiyanın Müdafiə Nazirliyi hələ ki, bu məlumatı şərh etməyib. Məlumata görə bu təyyarələr Karakasa Suriyadan Dakar vasitəsi ilə gəliblər. Amma bu təyyarələrin nə üçün gəlməsi barədə məlumat verilmir.

Qeyd edək ki, müxalifət lideri Xuan Quaydo bu iin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

“Reuters” agentliyi bundan sonra, prezidentliyini qorumağa çalışan Nikolas Maduronu müdafiə etmək üçün Karakasa bir neçə yüz döyüşçü göndərilməsi barədə məlumat yaymışdı. Amma Rusiya qüvvələrinin Venesuelada iştirakını təsdiqləmək hələ ki, mümkün olmayıb. Artıq 3-cü aydır ki, Venesuelada Quaydo ilə Maduronun tərəfdarları arasında qarşıdurma yaranıb.

Bir daha qeyd edək ki, müxalifət lideri və parlamentin sədri Juan Guaido bu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və ABŞ, Kanada, bir çox Latın Amerikası və Avropa ölkələri onun legitimliyini qəbul edib. Rusiya, Çin və Kuba kimi ölkələr isə bu münaqişədə Maduro rejiminin tərəfini saxlayırlar.

(Azadlıq radiosu)