XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

24 Mart 2019 - 17:48

Həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpıb- VİDEO

Botsvanada mübahisə etdiyi həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpıb.

ONA-nın “Eyewitness News” portalına istinadən verdiyi məlumata görə, ərlə arvad arasında mübahisə gələcək övladlarının şərəfinə keçirilən ziyafətdə yaranıb.

Ər həyat yoldaşına qarşı özünü çox kobud aparıb və qonaqlar ondan ziyafətdən çıxıb getməsini xahiş ediblər. Ər ziyafətdən çıxdıqdan sonra dostuna zəng açıb və arvadının konkret evin hansı hissəsində olduğunu soruşub. Dostu onun danışığından şübhələnib və bütün qonaqların evdən çıxmasını xahiş edib. Az sonra isə təyyarə evə çırpılıb.

Hadisə nəticəsində yalnız pilot ölüb.