XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 22:09

ABŞ Dövlət Departamentindən:“Putin ya iş görsün, ya da ağızını yumsun”

 

putin secki

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Tonerə qəzəblənib.


Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mark Toner Rusiyanın Suriyadakı atəşkəs niyyətinin ciddi olduğunu əməlləri ilə sübut edə bilmədiyi üçün “ya iş görsünlər, ya da ağızlarını yumsunlar” ifadəsini işlədib.

 

Mariya Zaxarova isə amerikalı həmkarına sərt cavab verib: “Ağzını yummaq ifadəsini cənab Toner bu idiom ifadənin geniş yayıldığı amerikalı diplomat həmkarlarına müraciətdə deyə bilər. Ona görə də hələ ki Rusiya ağzını yummayıb, cənab Toner Suriyadakı real vəziyyəti öyrənə bilər”.

 

Zaxarova Mark Tonerin bəyanatlarının Amerika diplomatlarında ağlın və tərbiyənin olmadığının, kobudluğun isə geniş yayıldığının sübutu olduğunu əlavə edib.