XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

25 Mart 2019 - 11:46

Ukraynada prezident seçkilərində namizədlərin reytinq siyahısı açıqlandı –İlk "üçlükdə" kimlərdir?

Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.

Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.