XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2019 - 11:40

İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb –Səbəb

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb.

Bunu hökumət başçısı özü bildirib.

“Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”, – B.Netanyahu vurğulayıb.

O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib.

İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.

Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 6 nəfər yaralanıb. (Report)