Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası sıralarındakı “Brexit” (Britaniyanın Avropa İttifaqınndan çıxması) tərəfdarlarına yeni vəd verib.
Bunu Birtaniya KİV-i yazıb.
Məlumata görə, hökumət başçısı deyib ki, əgər İcmalar Palatası onun layihəsini təsdiqləyərsə, onda baş nazir vəzifəsindən istefa verməyə hazırdır.
Bildirilib ki, martın 24-də Baş nazir Çekersdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri ilə görüşüb və onlara istefaya gedəcəyini vəd verib.
Qeyd edək ki, İcmalar Palatası yanvarın 15-i və martın 12-də T.Meyin hazırladığı layihəni təsdiqləməyib. (Report)