XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2019 - 16:20

İordaniya kralı Rumıniyaya səfərini təxirə salıb:"Bu, siyasi nəzakətsizlikdir"

 

İordaniya kralı II Abdullah Rumıniyaya martın 25-də nəzərdə tutulan səfərini təxirə salıb.

Məlumatı İordaniyanın Krallıq Divanı yayıb.

Rumıniyanın Baş naziri Viorika Dançila ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəklərini açıqlayıb. Bu bəyanatdan sonra İordaniya kralı Buxarestə səfərini təxirə salıb.

Məlumata görə, əgər səfər baş tutsaydı, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra müqavilələrin imzalanacağı gözlənilirdi.

Rumıniya Prezidenti Klaus Yohannis bir müddət əvvəl Baş nazirin İsraildəki səfirliyin Qüdsə köçürüləcəyi barədə qərarını tənqid edib. Prezident düşünür ki, V.Dençile bu bəyanatı ilə xarici siyasət məsələlərində nəzakətsizliyini nümayiş etdirib.

Qeyd edək ki, 2017-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyası Qüdsün İsrailin paytaxtı olması barədə ABŞ-ın layihəsinin əleyhinə səs verib. Səsvermənin nəticələrinə əsasən, 128 ölkə ABŞ-ın qərarının əleyhinə, 9 dövlət lehinə olub, 35 dövlət bitərəf qalıb.  (Report)