XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

25 Mart 2019 - 19:07

Serj Sərkisyan üzə çıxdı, keçmiş komandası ilə mərasimə gəldi –FOTO

Ermənistanın mövcud hakimiyyətinin başı daxildəki ciddi problemlərə qarışdığı bir ərəfədə, Nikol Paşinyanın əsas rəqiblərindən biri eks-prezident Serj Sərkisyan ortaya çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş prezident sabiq baş nazir Andranik Markaryanın ölümünün 12-ci ildönümü ilə bağlı mərasimə qatılıb. İrəvanda keçmiş baş nazirin məzarını ziyarət edən Sarkisyanı rəhbərlik etdiyi Respublikaçılar Partiyasının üzvləri müşayiət edib. Həmçinin onunla birgə İrəvanın sabiq meri Taron Markaryan, keçmiş müdafiə naziri, Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Viqen Sarkisyan da mərasimdə görünüb.

Xatırladaq ki, A.Markaryan 2000-2007-ci illərdə baş nazir postunu tutub. Məhz onun ölümündən sonra S.Sərkisyan baş nazir kürsüsünü zəbt etmişdi. Keşmiş baş nazirin ölümünün ildönümündə S.Sərkisyanın vurulmuş komanda yoldaşları ilə meydana çıxması heç şübhəsiz ki, yalnız ziyarət məqsədi güdmür, həm də hakimiyyətinin çətin dövrünə adlamış N.Paşinyana mesaj xarakterli tədbirdir.