XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

25 Mart 2019 - 19:52

Yunanıstanın baş naziri:“Türk təyyarələri helikopterimin uçuşuna mane oldu”

Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələrin Egey dənizindəki adalarda Yunanıstanın müstəqilliyinin ildönümü münasibətilə keçirilən tədbirlərə qatılmasına mane olmağa cəhd etdiyini iddia edib.
Baş nazir Türk Ordusuna məxsus “F-16”ların onun istifadə etdiyi helikopterin hərəkətinə maneə yaratdığını deyib.
Türkiyə təhlükəsizlik orqanları isə bu iddianı təkzib edib. Yayılan məlumatda bildirilib ki, “F-16”lar normal uçuş yerinə yetirib. Baş nazirin helikopterinin uçuşunu əngəllmək cəhdi olmayıb: “Hava sərhədlərimizi pozan qırıcılara Yunanıstan təyyarələri müdaxilə edənə qədər bizim təyyarələrimiz alçaqdan uçuş həyata keçirib”.  (Lent.az)