XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2019 - 22:35

BMT Trampın Colan təpələri ilə bağlı qərarını tanımadı:"Bizim mövqeyimiz dəyişməzdir"

BMT-nin Holan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz olaraq qalır.

RİA “Novosti” xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik bildirib. S.Cüjarrik deyib: “Baş katib üçün aydırndır ki, Colan yüksəkliklərinin statusu dəyişmədi. BMT-nin Colan yüksəklikləri üzrə mövqeyi Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əks etdirilib”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar çərçivəsində İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb. (virtualaz.org)