XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 00:47

Rus müxalifətinin lideri:“Putin sistemini elə indicə, təxirəsalmadan dəyişmək lazımdır”

yavlinski

 

 

“Rusiyadakı bu hakim sistemi bütünlüklə dəyişmək lazımdır. Bunu elə indicə, təxirəsalmadan etmək lazımdır”.

 

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın müxalifət partiyası olan “Yabloko”nun lideri Qriqori Yavlinski Boris Nemtsovun qətlinin ildönümü ilə bağlı tədbirdə bəyan edib.

 

O, Dumaya qarşıdan gələn seçkiləri  “çox mühüm” adlandırıb:

 

“Bu dəyişikliyi seçki vasitəsilə etmək lazımdır. Xalqın siyasi iradəsi ortada olmalıdır. Bu seçkilər ölkənin gələcəyini müəyyən edəcək. Biz nə uğrunda mübarizə apardığımızı başa düşməliyik. Uğura nail olmalıyıq”.

 

Onun sözlərinə görə, müxalifətin hədəfi aydın olmalıdır: 

 

“Başa düşürük ki, bizim əsas siyasi rəqiblərimiz Dumadakı “kardon ayaqlı” partiyalar, saxta şüvənçilər yox, Nemtsovu öldürənlərdir. Onlar əllərini ölkəmizin gələcəyinə uzadırlar. Onları dayandırmaq lazımdır!”